AZ

“Fənərbağça”ya Arda Gülərdən daha 2 milyon avro gəlir

“Real Madrid”in gənc ulduzu Arda Güler çıxış etdiyi komandasına olduğu qədər, keçmiş klubu “Fənərbağça”ya də gəlir gətirməyə davam edir.

Fanat.Az xəbər verir ki, "Fanatik "qəzetinin məlumatına görə, Arda Güler “Real Madrid” forması ilə 75-ci oyununa çıxaraq müqaviləsindəki bonus bəndini aktivləşdirib.

Bu maddəyə əsasən, “Fənərbağça” 2 milyon avro əlavə gəlir əldə edib.

Müqaviləyə görə, İstanbul təmsilçisi Ardanın “Real Madrid”də 100 və 125-ci oyunlarına çıxması halında da hər dəfə 2 milyon avro qazanacaq. Beləliklə, ümumilikdə “Fənərbağça” bu transferdən əlavə 6 milyon avroya qədər gəlir əldə edə bilər.

Gənc yarımmüdafiəçi bu mövsüm “Real Madrid”də əsas heyətdə daha çox şans qazanır və La Liqa ilə yanaşı, Çempionlar Liqasında da çıxış edir.

Kamil Xudiyev

Seçilən
16
37
fanat.az

10Mənbələr