AZ

ABŞ-də əyləncə mərasimində atışma olub, Yaralananlar var

ABŞ-nin Ohayo ştatının şimali-şərqindəki Bat şəhərində yeniyetmələr üçün keçirilən əyləncə mərasimində atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb.

"Bazar günü yeniyetmələrin əyləncə üçün toplaşıb, kirayəyə götürdükləri böyük evdə atışma baş verib, nəticədə doqquz nəfər yaralanıb", - "Associated Press" bildirib.

"Zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur. Azı bir nəfərin xəsarətləri yıxılma nəticəsində ola bilər", - polis rəisi Vito Sinopoli bildirib. O əlavə edib ki, yaralılar arasında həm həddi-büluğa çatmayanlar, həm də böyüklər ola bilər.

FOX telekanalının yerli filialı hadisədə azı bir nəfərin öldüyünü bildirib. Hüquq-mühafizə orqanları şəxsiyyəti açıqlanmayan şübhəlini saxlayıb.

Hadisənin səbəbləri araşdırılır.


Seçilən
51
5
news365.az

7Mənbələr