AZ

Günay Musayeva rus serialında - VİDEO

Azərbaycanlı aktrisa Günay Musayeva “Yaxın xoşbəxtlik” adlı rus serialında rol alıb.

Bizim.Media xəbər verir ki, İstanbulda çəkilən serialın baş rollarını Günay Musayeva, Alina Voskresenskaya, Mixail Kremer, Anna Ardova və Mehmet Polat canlandırıb.

Layihənin çəkilişləri 4 ay davam edib.

Günay Musayeva yeni layihəsi haqqında bu sözləri deyib:

“Bir müddətdir ki, ekranlardan uzaq idim. Bu serialda iddialı bir obrazı canlandıracağam və bu, mənə həyəcan verir”.

Layihə “Russia1” kanalında və “Kion” platformasında yayımlanacaq. (Olay.az)


Bizim.Media

Seçilən
36
4
bizim.media

6Mənbələr