ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin Bərdədən olan deputatı Fatma Yıldırım adıçəkilən rayonun Samux kəndində vətəndaş qəbulu zamanı sakinlərin müraciəti əsasında kənddəki körpələr evi–uşaq bağçasını ziyarət edib.
Gununsesi.info-nun xəbərinə görə, uşaqlar üçün yaradılmış şəraitlə tanış olan Fatma Yıldırım müəssisənin mövcud durumu və ehtiyacları barədə məlumat alıb.
Vəziyyətlə tanış olan deputat daha sonra bunları deyib:
“Uşaqların sağlam, təhlükəsiz və müasir tələblərə uyğun mühitdə böyüməsi hər birimizin məsuliyyətidir. Bu baxımdan istərdik ki, Samux kənd körpələr evi–uşaq bağçasına aidiyyəti qurumlar tərəfindən xüsusi diqqət göstərilsin, burada müasir tədris və oyun mühitinin yaradılması, istilik sisteminin qurulması istiqamətində zəruri addımlar atılsın”.
Kənd sakinlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, onlar uzun zamandır ki, deputat Fatma Yıldırıma bu barədə şikayət ediblər.
“Nəhayət, gəlib ağır durumu gördü, söz verdi ki, aidiyyatı qurumlara müraciət edəcək” deyə sakinlər bildirib.
Afət Abbasova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.