AZ

İran hazırda nüvə potensialına malik deyil - ABŞ prezidenti

İran hazırda nüvə potensialına malik deyil - ABŞ prezidenti

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın hazırda nüvə potensialı yoxdur.

AFN.az xəbər verir ki, o, bu barədə "CBS News" telekanalına müsahibəsində bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb ki, ölkə rəhbərliyi uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir və raket proqramının gələcəyi barədə danışıqları istisna edir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb. ABŞ isə doqquz gün sonra münaqişəyə qoşularaq Fordo, Natanz və İsfahan şəhərlərindəki İran nüvə obyektlərinə hava zərbələri endirib.

Seçilən
75
afn.az

1Mənbələr