"Barselona"nın ulduz futbolçu Lamin Yamal yenə İspaniya mediasının diqqət mərkəzinə düşüb. Ulduz futbolçu bu dəfə vurduğu qollarla deyil, bahalı villa alması ilə. İspaniya mediası yazır ki, gənc futbolçu Jerar Pike ilə Şakiranın ayrılığından sonra boş qalan malikanəsində şəkil çəkdirib və öz sosial şəbəkə platformasında yayımlayıb. Media iddia edir ki, ulduz futbolçu bu bahalı villanı satın alıb. 14 milyon avro dəyərində olan bu villa tennis kortundan tutmuş peşəkar səsyazma studiyasına qədər hər cür imkanla təchiz olunub. Mətləb
