AZ

ABŞ-in dövlət borcu 38 trilyon dolları keçdi

Bu ilin 2 avqustunda rekord həddə - 37 trilyon dollar səviyyəsinə çatan ABŞ-ın dövlət borcu cəmi 82 gün ərzində daha 1 trilyon dollar artaraq 38 trilyon dolları ötüb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Rəsmi açıqlamaya əsasən, 22 oktyabr tarixinə olan göstəriciyə görə, ölkənin ümumi borcu 38 trilyon dollar həddini keçib.

Maliyyə siyasəti üzrə ixtisaslaşmış Piter G. Piterson Fondunun hesablamalarına görə, bu artım nəticəsində ABŞ-da adambaşına düşən borc 111 min dollar təşkil edir.

Fond həmçinin bildirib ki, ABŞ-in ümumi xarici borcu Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniya kimi beş böyük iqtisadiyyatın ümumi daxili məhsuluna bərabərdir.

Milli.Az

Seçilən
23
7
milli.az

9Mənbələr