"Neftçi" Misli Premyer Liqasının X turunda "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, bu, "ağ-qaralar"ın cari mövsümdə ilk böyükhesablı qələbəsi olub.

"Neftçi" cəmi iki mövsümdə belə qələbə qazana bilməyib - 2009/10 və 2015/16.

Qalan 32 sezonda isə Bakı təmsilçisi ən azı bir belə qələbəyə sevinib.

Bir komandanın 32 fərqli mövsümdə belə qalibiyyət əldə etməsi Azərbaycan çempionatlarında yeni rekorddur.