Rusiya İranın nüvə proqramı ilə bağlı məsələlərin həllinə tam yardım göstərməyə hazırdır.
Doğru.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov RİA Novosti-yə müsahibəsində bildirib. O, eyni zamanda, bu məsələdə tələsik addımların yersiz olduğunu vurğulayıb: “Hər hansı bir yeniliyə başlamazdan əvvəl mövcud vəziyyəti diqqətlə araşdırmaq və qiymətləndirmək lazımdır.”
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Əl-Cəzirə telekanalına müsahibəsində bildirib ki, İran hakimiyyəti dinc məqsədlər üçün uranın zənginləşdirilməsini davam etdirmək niyyətindədir və raket proqramının gələcəyini müzakirə etmək imkanını istisna edir.
DOĞRU.AZ