AZ

AEBA müfəttişləri İranda nüvə sahəsi üzrə yalnız iki obyektdə fəaliyyət göstərirlər

BAKI, 3 noyabr. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əməkdaşları İranda yalnız iki nüvə obyektində fəaliyyət göstərir və yoxlamalar aparır.

Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Diplomat yoxlamaların Buşehr Atom Elektrik Stansiyası və Tehrandakı tədqiqat reaktorunda aparıldığını bildirib.

İ.Bəqayi əlavə edib ki, İran nüvə silahlarının yayılmaması haqqında müqaviləyə (NPT) və AEBA ilə genişmiqyaslı zəmanətlər razılaşmasına sadiqdir, amma qanunvericiliyə əsasən əlavə yoxlamalara dair hər hansı sorğu ayrıca qaydada nəzərdən keçiriləcək.

Sentyabrın 9-da İran və AEBA Misirdə əməkdaşlığın bərpası barədə razılığa gəlib, bu əməkdaşlıq İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilmiş hücumlardan sonra dayandırılmışdı. Hücumları həyata keçirən dövlətlərə qarşı AEBA tərəfindən qınama bəyanatının verilməməsi İranda tənqid olunmuşdu.

Seçilən
23
teleqraf.com

1Mənbələr