AZ

YUNESKO 15 dekabrı Türk dilləri ailəsinin Ümumdünya Günü elan etdi

3 noyabrda Səmərqənddə keçirilən YUNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən qərara əsasən, 15 dekabr bundan sonra Türk dilləri ailəsinin Ümumdünya Günü kimi hər il qeyd olunacaq.

Paralel.az xəbər verir ki , bu barədə informasiyanı Azərbaycanın YUNESKO üzrə Milli Komissiyası yayıb.

Mənbə qeyd edir ki, bu tarix 1893-cü il 15 dekabr tarixi ilə bağlıdır.

Həmin gün danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey yazılarını oxuyaraq türk dillərinin ortaq köklərini üzə çıxaran ilk elmi kəşfi etmişdi.

Seçilən
15
1
paralel.az

2Mənbələr