ain.az, 525.az portalına istinadən məlumat yayır.
Artıq bir çox insan hisslərini paylaşmaq üçün dostlar əvəzinə süni intellekti seçir. Onlar chatbotlarla yazılı və ya səsli şəkildə ünsiyyət quraraq bu sistemləri sadəcə alət deyil, dost kimi qəbul edirlər. Ekspertlər isə bildirir ki, bu tendensiya insanların real emosional münasibətlərinə ciddi təsir edə bilər.
2025-ci ildə aparılan araşdırmalar göstərir ki, istifadəçilərin təxminən 40 faizi artıq süni intellektlə “emosional əlaqə” qurduğunu etiraf edir.
Elmi mənbələr isə bizə bəzi risklərlə bağlı xəbərdarlıq edir: süni intellektlə uzunmüddətli emosional ünsiyyət real əlaqələrə marağı azaldır.
Stanford Universitetinin son hesabatında qeyd olunur ki, gənclər və yeniyetmələr üçün bu chatbotlar “emosional asılılıq” riski yaradır. Çünki onlar insan reaksiyası ilə proqramlaşdırılmış cavab arasındakı fərqi anlamırlar.
Kembric Universitetinin 2024-cü il araşdırmasına görə isə chatbotlar “empatiya boşluğu” yaradır. Yəni onlar insan duyğusunun dərinliyini təqlid edir, amma yaşamır.
Nəticədə insanlar getdikcə daha az bir-birinə müraciət edir, real empatiya və münasibətlər zəifləyir. Virtual anlayış gerçək anlayışı əvəzləyir.
Süni intellekt “səni başa düşürmüş” kimi görünə bilər, lakin o, sənin ağrını, sevincini hiss etmir. O, sadəcə alqoritmlərlə yaradılmış anlayış simulyasiyasıdır. Əgər insanın ən böyük ehtiyacı başa düşülməkdirsə, onda sual yaranır:
Biz artıq başa düşülmək istəyirik, yoxsa sadəcə cavab almaq?
Bəli, texnologiya bizim həyatımızın bir hissəsidir. O, bizə kömək edə, bizi başa düşürmüş kimi davrana bilər.
Amma əlbəttə ki, heç bir chatbot insanın baxışından duyğunu anlaya, sükutu ilə hissini paylaşa bilməz.
Mövzu ilə bağlı ətraflı məlumatı “525-ci kanal” təqdim edir.
Nigar Abbasova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.