Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futzal millisinin oyunlarının başlama saatı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Noyabrın 4-də baş tutacaq Liviya - Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan - Azərbaycan görüşləri saat 17:00-da start götürəcək.
Səudiyyə Ərəbistanı - Azərbaycan matçı isə noyabrın 8-də, saat 20:00-da baş tutacaq.
Qarşılaşmalar Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçiriləcək.
Tovuzda mövsümün tamaşaçı rekordu qeydə alınıb
Fərid Nəbiyev üçün əlamətdar matç
"Qarabağ" Azərbaycan çempionatlarında 350-ci "quru" hesablı qələbəsini qazanıb
"Neftçi"dən yeni rekord
Abubakarın debütü Premyer Liqa tarixinə düşüb