Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Matç noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.

Qarşılaşma Azəbaycan yığmasının AVRO-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.