Bakı. Trend:
Almaniyanın "Ayntraxt" klubunun heyətində ciddi itki başverib.
Trend xəbərverir ki, komandanın aparıcı üzvlərindən olan Can Uzun sıradançıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü Bundesliqanın 9-cu turunun"Haydenhaym"la səfər matçında ayaq əzələsindən zədə alıb. 19 yaşlıhücumameyilli yarımmüdafiəçinin təxminən 5 həftə yaşıl meydanlardanuzaq qalacağı gözlənilir.
Can Uzun bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydanaçıxdığı 14 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yaddaqalıb.
Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqamərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun2025-ci ilin 21 yanvar tarixində Bakıda keçiriləcək.