“Ayaks” – “Qalatasaray” oyununa fransız hakim təyin edilib.
İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasında keçiriləcək “Ayaks” – “Qalatasaray” oyununu fransız referi Benoit Bastien idarə edəcək.
Qqarşılaşmada VAR sisteminə Fransa təmsilçisi Villi Delajod, AVAR isə Belçikadan Bram Van Driss təyin edilib.
Xatırladaq ki, “Ayaks” – “Qalatasaray” matçı noyabrın 5-də, saat 00:00-da start götürəcək.