AZ

Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb

27-31 oktyabr tarixlərində Pakistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaq məqsədilə Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində silsilə tədbirlər keçirilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, "Absheron Hotel Group" və 2 yerli turizm şirkəti təmsil olunub.

Pakistanın 200-dən çox turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbirlər çərçivəsində B2B görüşlər, həmçinin Azərbaycanın turizm imkanları haqqında təqdimatlar keçirilib, Azərbaycanın sağlamlıq turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

İslamabadda keçirilən tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Pakistan İslam Respublikasının Baş nazirinin Turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan arasında görüş keçirilərək turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Pakistandan Azərbaycana 66 mindən çox ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.

Seçilən
48
12
vergiler.az

10Mənbələr