Bakı. Trend:
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən RəşidBabayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökmoxunub.
Hökmə əsasən, Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum etməcəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə keçən il 3 mayda Maştağa qəsəbəsində başverib. Rəşid Babayev Roman Əsgərova kəsici-deşici alətlə xəsarətləryetirib. Yaralı xəstəxanada ölüb.
Bildirək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.