Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalacaq.
APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na yeni - 5-ci hissə əlavə edilib.
Qeyd edək ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkar, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkar, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkar, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkar hesab olunur.