AZ

Finlandiya prezidenti noyabr ayının sonunda Rusiya ABŞ sammitinin keçirilməsini təklif edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Finlandiya prezidenti Aleksandr Stubb noyabr ayında Cənubi Afrikada keçiriləcək İyirmilik Qrupu (G20) sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilməsini təklif etdi.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yle" məlumat verib.

Agentliyin verdiyi məlumatına görə, Milli Müdafiə Kurslarının açılışında Finlandiya prezidenti Yohannesburqda keçiriləcək "G20" sammitində Putin və Tramp arasında yeni danışıqların keçirilməsini təklif edib.

Zirvə görüşü 21-22 noyabr tarixlərində keçiriləcək.

Daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Stubb BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynada tezliklə sülhün əldə edilməsinə çağırıblar.

Finlandiya prezidenti "Kazinform" xəbər agentliyinə verdiyi müsahibədə həmçinin bildirib ki, Helsinki və Astana böyük dövlətlər danışıqlarında vasitəçi rolunu oynamalıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
bizimyol.info

1Mənbələr