AZ

Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirildi FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qusar Olimpiya İdman Kompleksində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirilib.Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, yarışın qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunub.Qusar idmançıları eyni zamanda respublika səviyyəsində də uğurlu nəticələr göstəriblər.

 

26 oktyabr – 1 noyabr tarixlərində Bakı şəhərində keçirilən Qol güləşi üzrə Dünya çempionatında çıxış edən qusarlı idmançılar müxtəlif yaş və çəki dərəcələri üzrə yarışlarda yüksək nəticələr qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.

Sevindirici haldır ki, qusarlı idmançılar təkcə yerli deyil, beynəlxalq arenalarda da uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər.Onlara gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
bizim.media

10Mənbələr