Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədri ilə birlikdə rayonun Gədəzeyxur, Gündüzqala və İmamqulukənd kəndlərində şəhid məzarlarını ziyarət edib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
İcra başçısı şəhid ailələri və kənd sakinləri ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta