Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti onlayn qəbulu keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbuldan sonra icra başçısı Sahir Məmmədxanov bir qrup şəhid ailəsinin üzvü və bir neçə vətəndaşı fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən məşğulluq, yol infrastrukturunun bərpası və digər gündəlik problemlərlə bağlı müraciətlərini səsləndiriblər.
Müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta