AZ

Şəhid Elvin Qurbanovun anım mərasimi keçirildi - FOTO

Bu gün Qusar şəhərində II Qarabağ müharibəsi şəhidi Elvin Elmar oğlu Qurbanovun anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, şəhid Elvin Elmar oğlu  Qurbanov 29 aprel 1999-cu ildə Qusar rayonunun Çiləgir kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Elvin Qurbanov 2020-ci il sentyabrın 27-də  başlanan 44 günlük Vətən müharibəsində savaşıb.
 

Elvin Qurbanov oktyabrın 1-də şəhid olub, 19 oktyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.


Ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
143
18
bizim.media

10Mənbələr