AZ

BCM Sudanda törədilmiş müharibə cinayətlərini araşdıracaq

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Sudan Sürətli Reaksiya Qüvvələrinin (SRQ) üzvləri tərəfindən Darfurun şimalındakı Əl-Faşer şəhərində törədildiyi iddia edilən kütləvi qətllər, təcavüzlər və digər cinayətlər barədə məlumatlardan narahatdır.

Ucnoqta.az xəbər verir ki, BCM prokurorluğunun açıqlamasına görə, bu cür hərəkətlər müharibə cinayətləri və insanlığa qarşı cinayətlər hesab edilə bilər.

Bəyanatda BCM-in 2005-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 1593 saylı qətnaməsinə uyğun olaraq Darfurdakı vəziyyəti araşdırmaq səlahiyyətinə malik olduğu aydınlaşdırılır.

Məhkəmə bildirib ki, artıq sübutlar toplamaq üçün addımlar atır və Sudanda milli və beynəlxalq aktyorlarla əməkdaşlıq edir.

Seçilən
74
ucnoqta.az

1Mənbələr