Rusiyanın Zabaykalye diyarında baş verən yol qəzasında dörd nəfər ölüb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə regionun Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti teleqram kanalında məlumat verib.
"İlkin məlumatlara görə, noyabr 2-də saat 23:20-də (Bakı vaxtı ilə saat 18:20) "Amur" federal şosesində, Çita -Xabarovsk magistral yolunun 347-ci km-də (Çernışevski rayonu) "Nissan Expert" avtomobilinin sürücüsü təhlükəsizlik məsafəni qorumadığı üçün "Shantui" ön yükləyicisi ilə toqquşub.
Qəza nəticəsində 45 yaşlı sürücü, 48 yaşlı sərnişin və iki qadın sərnişin (1982 və 1987-ci il təvəllüdlü) həlak olub", - açıqlamada bildirilir.
Polis qəzanın səbəbini və başvermə şəraitini araşdırır.