AZ

"Amazon" və "OpenAI" arasında əməkdaşlıq qurulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” bulud hesablama platforması Amazon Web Services (AWS) və “OpenAI” arasında 38 milyard dollarlıq strateji əməkdaşlıq müqaviləsi elan edib.

Banco.azxəbər verir ki, “Amazon” tərəfindən verilən açıqlamada, AWS və “OpenAI” arasında 7 illik strateji tərəfdaşlıq qurulduğu bildirilib.

Məlumatda qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində “OpenAI”a AWS-nin infrastrukturuna dərhal və artan şəkildə çıxış imkanı təqdim ediləcək. Bununla da “OpenAI” yüz minlərlə “Nvidia” qrafik prosessoruna (GPU) çıxış əldə edərək süni intellekt modellərini işlədə və təlim etdirə biləcək.

Açıqlamaya görə, 38 milyard dollarlıq bu razılaşma “OpenAI”a hesablama gücünü sürətlə artırmağa və AWS-nin qiymət, performans, miqyas və təhlükəsizlik üstünlüklərindən yararlanmağa imkan verəcək.

“OpenAI”nın bu əməkdaşlıq çərçivəsində AWS hesablama resurslarından dərhal istifadə etməyə başlayacağı, bütün infrastrukturun isə 2026-cı ilin sonuna qədər tam istifadəyə veriləcəyi, həmçinin 2027-ci ildən sonra genişlənmə imkanlarının mövcud olduğu vurğulanıb.

Açıqlamada fikirlərinə yer verilən “OpenAI”ın baş icraçı direktoru (CEO) Sam Altman sərhədləri aşan süni intellektin böyük və etibarlı hesablama gücü tələb etdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
29
1
banco.az

2Mənbələr