AZ

"Real"ın futbolçusu "Lion"a keçməyə razıdır

Endrik Paulo Fonseka ilə söhbətdən sonra “Lion”a keçmək istəyi ifadə edib.

Sportal.az xəbər verir ki, "L’Equipe"in məlumatına görə, "Lion"un baş məşqçisi braziliyalı futbolçu ilə telefonla danışıb və klubun layihəsinə onu inandıra bilib. “Real”ın hücumçusu icarə müqaviləsinin mümkün qədər tez bağlanmasını istəyir ki, artıq 1 yanvarda “Lion”a qoşula bilsin.

Bildirilir ki, hazırda “Real” və “Lion” transferin şərtləri barədə razılığa gəlməyiblər, çünki madridlilər Endrikin icarəsi üçün maliyyə kompensasiyası almaq niyyətindədir. Bundan əlavə, Endrikin gedişinə Franko Mastantuononun qasıq zədəsi mane ola bilər.

Cari mövsümdə 19 yaşlı hücumçu cəmi 11 dəqiqə meydanda olub. O, La Liqa matçında “Valensiya”ya qarşı (4:0) oyunun sonunda meydana daxil olub.

saytlarin hazirlanmasi

Seçilən
56
1
sportal.az

2Mənbələr