futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən yarışda qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.
Komanda əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat Komitəsinin qərarına əsasən, yığmanın sabahkı rəqibi İran olub.
Qeyd edək ki, komanda növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunları noyabrın 13-də baş tutacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr
14:00. Azərbaycan – İran
6 noyabr
14:00. Azərbaycan – Tacikistan
9 noyabr
17:00. Azərbaycan – Türkiyə
12 noyabr
15:00. Azərbaycan – Əfqanıstan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.