Polşada Ekstraklassanın 14-cü turunun bir sıra oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rinat Dadaşovun çıxış etdiyi “Motor” səfərdə “Lex”lə qarşılaşıb.
Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Dadaşov meydanda bütün qollar vurulduqdan sonra - 77-ci dəqiqədə oyuna daxil olub.
Hazırda “Motor” 15 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.