ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zaqatala şəhərinin Sahil küçəsində günlərlə yığılıb qalan zibilliklər təmizlənib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Sahil küçəsindəki antisanitar vəziyyətlə bağlı sakinlərin müraciəti dərhal nəzarətə götürülüb. Rayon polis şöbəsi əməkdaşlarının müşayiəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidəki antisanitar vəziyyət aradan qaldırılıb.Küçə sakinləri ilə görüş keçirilib. Onlar da maarifləndirilib. İctimai nəzarətin artırılması, küçənin zibillənməsinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi qərara alınıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.