AZ

Bir parkinqi zəbt edib, o biri səkini FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakının Xətai rayonu, Senyuşkin küçəsində piyadalar üçün nəzərdə tutulan səkilərin avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı vətəndaş narazılığı artmaqdadır.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir avtomobilin tam olaraq piyada səkisində, digəri isə iki dayanacaq yerini eyni anda tutduğu əks olunur.

Sakinlərin sözlərinə görə, bu cür hallara demək olar ki, hər gün rast gəlinir. Avtomobillər səkiləri tutduğuna görə, piyadalar, xüsusilə də uşaqlı valideynlər və yaşlı insanlar yola çıxmaq məcburiyyətində qalırlar ki, bu da ciddi təhlükə yaradır.

Məsələ ilə bağlı yerli sakinlər aidiyyəti qurumlardan – xüsusilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bu qanunsuz parklanmalara qarşı tədbir görülməsini, səkilərin piyadalara qaytarılmasını tələb edirlər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
avtosfer.az

1Mənbələr