AZ

Qəzzada indiyədək 20 min 424 nəfər ölüb...


Oktyabrın 7-dən İsrailin zərbələri nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 20,4 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 54 mindən çox insan isə yaralanıb.
“Oktyabrın 7-dən bəri İsrail təcavüzünün qurbanlarının sayı 20 min 424-ə çatıb, 54 min 36 yaralı var”, - Nazirliyin məlumatında deeyilir.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlıların girov götürülməsi ilə müşayiət olunub. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. Həmin vaxtdan etibarən, İsrail Qəzzanı tam mühasirəyə alıb və qisas əməliyyatına başladığını elan edib.
Seçilən
633
31
yeniavaz.com

10Mənbələr