AZ

Rumıniyalı senatorlara Azərbaycanda media islahatları barədə məlumat verildi

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri bu ölkənin Senatında olublar.

Publika.az xəbər verir ki, əvvəlcə senatorlarla görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov iştirak ediblər.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlığın və institusional dialoqun gücləndirilməsi, media və hüquq sahələrində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri barədə fikir mübadiləsi aparılıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanın audiovizual sahədə siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atıb.

Görüşdə Rumıniya tərəfi ölkənin media və hüquq sahələrindəki qanunvericilik təcrübəsini təqdim edib. Senatorlar bildiriblər ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirib.

Seçilən
41
3
publika.az

6Mənbələr