Kamçatka ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 168 kilometr məsafədə, 50,4 kilometr dərinlikdə yerləşib.