AZ

Gələn il ƏDV üzrə büdcəyə daxilolmaların məbləği açıqlanıb

2026-cı ildə əlavə dəyər vergisi (ƏDV) üzrə büdcəyə daxilolmalar 4 466 300 000 manat məbləğində nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da cari ilin proqnozu ilə müqayisədə 708 100 000 manat və ya 18,8 %, 2024-cü ilin icrası ilə müqayisədə 181 200 000 manat və ya 4,2 % çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 92,1 %-i və ya 4 115 300 000 manatı qeyri neft-qaz sektorunun, 7,9 %-i və ya 351 000 000 manatı neft-qaz sektorunun payına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə qeyri neft-qaz sektoru üzrə 552 100 000 manat və ya 15,5 %, neft-qaz sektoru üzrə 156 000 000 manat və ya 1,8 dəfə, 2024-cü ilin icrası ilə müqayisədə isə qeyri neft-qaz sektoru üzrə 208 700 000 manat və ya 5,3 % çox nəzərdə tutulur.

Qeyri neft-qaz sektoru üzrə ƏDV-nin artımla proqnozlaşdırılmasının səbəbi cari ildə qeyri neft-qaz ÜDM-in gözlənilən nominal artım tempinin 9,1 %, cari ilin gözləniləni ilə müqayisədə növbəti ildə qeyri neft-qaz ÜDM-in proqnozlaşdırılan nominal artım tempinin 8,8 %, sektorlar üzrə turizmin 18,9 %, tikinti sektorunun 9,5 %, informasiya və rabitənin 10,1 %, nəqliyyat və anbar təsərrüfatının 6,5 %, qeyri neft-qaz sənayesinin 11,1 %, sosial və digər xidmətlərin 8,7 %, ticarətin 8,0 % artımla proqnozlaşdırılmasının hesablamalarda nəzərə alınması olub.

Seçilən
10
4
modern.az

10Mənbələr