AZ

2026-cı ildə qeyri neft-qaz sektorunda əmlak vergisi üzrə büdcəyə daxilolmalar azalacaq

Bakı. Trend:

2026-cı ildə əmlak vergisi üzrə büdcəyə daxilolmalar 376000 000 manat məbləğində nəzərdə tutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da cari ilin proqnozu ilə müqayisədə16 600 000 manat və ya 4,2 % az,2024-cü ilin icrası ilə müqayisədə 37 500 000manat və ya 11,1 % çoxdur.

Həmin məbləğin 26,6 %-i və ya 100 000000 manatı neft-qaz sektorunun, 73,4 %-ivə ya 276 000 000 manatı qeyri neft-qaz sektorununpayına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə əmlak vergisi qeyrineft-qaz sektoru üzrə 3 000 000 manat və ya1,1 % çox, neft-qaz sektoru üzrə 19 600000 manat və ya 16,4 % az, 2024-cü ilinicrası ilə müqayisədə qeyri neft-qaz sektoru üzrə 55 700000 manat və ya 25,3 % çox, neft-qazsektoru üzrə isə 18 200 000 manat və ya15,4 % az nəzərdə tutulur.

Qeyri neft-qaz sektoru üzrə əmlak vergisinin 2025-ci il iləmüqayisədə çox proqnozlaşdırılmasının səbəbi vergi tutulma obyektiolan əmlakın qalıq dəyərinin artması, eyni zamanda əsas kapitalayönəldilən investisiyanın nominal artım tempinin 2025-ci il üzrə1,2 %, 2026-cı il üzrə isə 3,3 %proqnozlaşdırılması ilə əlaqədardır.

Seçilən
15
4
az.trend.az

10Mənbələr