AZ

"Bu sənədlər ailə streotiplərinə ciddi dəyişiklik etməsə də.." - Bahar Muradovadan AÇIQLAMA


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklər ailə streotiplərində fərq yaradıb. Onun sözlərinə görə, son beş ildə ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilik bazasına ciddi diqqət yetirilib:
"Dövlət Komitəsi bu istiqamətdə bir sıra təkliflər verib. 2020–2025-ci illər ərzində qəbul edilmiş hüquqi sənədlərə 7 qanunvericilik dəyişikliyi, 11 qayda və əsasnamə, 33 rəy və təklif, 3 dövlət proqramı qəbul olunub. Bu sənədlər ailə streotiplərinə ciddi dəyişiklik etməsə də, fərq yaradıb. Eyni zamanda, ailə-məişət məsələlərindən əziyyət çəkənlərin hüququnun müdafiəsinə kömək edib".

Mətləb Salahov

Seçilən
31
1
baki-xeber.com

2Mənbələr