Bakı. Trend:
Ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənənyanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasınadaşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10 000000 manat məbləğində vəsait nəzərdə tutulur.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, qeyri-neft məhsullarının ixracının təşviqi,stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyətəminatı üçün 13 400 000 milyon manat məbləğindəvəsait nəzərdə tutulur.