AZ

Pensiya sistemində islahatlar: DSMF-nin sərbəst vəsaitləri investisiya fəaliyyətinə cəlb edilir?

Bakı. Trend:

Hazırda Azərbaycanda müşahidə olunan demoqrafik meyillər bir çoxölkələrlə müqayisədə müsbət olsa da, uzunmüddətli dövrdə əhalininyaşlanması, sığortaolunanlar və pensiyaçılararasındakı say nisbəti,gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiyasistemi qarşısında mühüm çağırışlar yarada bilər.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əməkqabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaşqrupuna aiddir və dünya göstəriciləri ilə müqayisədə hazırkıvəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımındanqənaətbəxşdir. Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinintərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artmasıdövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olanməcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayınınazalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərininartmasına səbəb ola bilər.

Mövcud demoqrafik meyillərə əsasən, 2024-cü ildə 0,6 faiz olanəhalinin illik artım tempinin BMT-nin “Dünya ƏhalisininPerspektivləri” hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağıenəcəyi gözlənilir. Eyni zamanda, 15-64 yaş aralığında olan əməkqabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısındamaksimum səviyyəyə çatacağı, daha sonra isə azalmağa başlayaraq2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4faizədək azalacağı proqnozlaşdırılır.

Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olanəhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdanyuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyihalda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağıgözlənilir. Bundan əlavə, əhalinin iqtisadi rifah, tibbi xidmət,sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömüruzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əməkpensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondunmaliyyə yükünün artırılması ilə nəticələnir. 2024-cü ildəAzərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artımtendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən2050-ci ildə 78,6 il olacağı gözlənilir.

Azərbaycan əhalisinin sayı və yaş qrupları üzrəbölgüsünə dair proqnozlar:

Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əməkbazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonundaəhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasirtələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçılarındayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunmasıməqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığınınartırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətindəislahatların davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bukontekstdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəstvəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiyasisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığınıntəmin olunmasında vacib alət kimi çıxış edir.

Seçilən
28
49
az.trend.az

10Mənbələr