AZ

Dövlət BOKT-nın büdcəyə dividend ödəməsi nəzərdə tutulmur

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2026-cı ildə dövlət büdcəsinə dividend ödəməsi nəzərdə tutulmayıb.

"Marja" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə qeyd olunur.

BOKT-un 2025-ci il üzrə dividend öhdəliyi 0,2 milyon manatdır.

Xatırladaq ki, "Aqrarkredit" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 72,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

Seçilən
28
3
marja.az

4Mənbələr