AZ

Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı HAZIRLANIR

Yazını böyüt
Yazını kiçilt

"Uşaq hüquqları ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Qanunvericiliyə ailə və uşaqlarla bağlı yeni normalar daxil edilib".

Hafta.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.

O bildirib ki, ilk növbədə 2020-2030-cu illəri əhatə edən "Uşaq Strategiyası" sənədini qeyd etmək lazımdır:

"Bu sənəd əsasında çoxsaylı addımlar atılıb. Yeni mexanizmlər yaradılaraq həyata keçirilməlidir. Bu mexanizm Dövlət Komitəsinin təklifləri əsasında 2012-ci ildə Prezidentin fərmanı ilə təsdiq edilib. Bu sənəddə nəzarətin formaları müəyyənləşdirilib. Uşaq müəssisələrinin fəaliyyətinə, növbədənkənar və planlı şəkildə nəzarət məqsədilə monitorinqlər həyata keçirilir. Dövlət nəzarətinin bu fəaliyyətlərlə əlaqələndirilməsi Nazirlər Kabineti tərəfindən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yaradılmış komissiyanın fəaliyyəti ilə qanuniləşdirilib".

O əlavə edib ki, "Uşaq Strategiyası" təkcə hüquqların müdafiəsi baxımından deyil, həm də fəaliyyət istiqamətləri kontekstində mühüm məsələləri nəzərdə tutur:

"Bu sənəd uşaq hüquqlarının müdafiəsi orqanlarının fəaliyyətinin gücləndirilməsinə dair hüquqi islahatların həyata keçirilməsini də təmin edib. Xüsusilə də uşaqların sağlamlığının qorunması ilə bağlı müddəalar xüsusi əhəmiyyət daşıyır. Biz artıq həmin proqramın yekunlaşdırılmasına hazırlaşırıq. Növbəti fəaliyyət planının hazırlanması üzərində iş aparılır. Strategiyanın əsas istiqamətlərindən biri qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur və bu istiqamət üzrə son 5 ildə 5 normativ-hüquqi sənəd layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanıb".

Seçilən
21
7
hafta.az

8Mənbələr