AZ

Palata: Qida təhlükəsizliyi üzrə dövlət proqramının hədəflərinə çatmaq mümkün görünmür

Palata:

Heyvandarlıq məhsullarının istehlak qiymətlərinə, eyni zamanda heyvanlar üzrə həyata keçirilən baytarlıq tədbirlərinə nəzarət baxımından çox vacib olan iri və xırda buynuzlu heyvanların identikləşdirilmə prosesinin ayrı-ayrı təsərrüfatların öhdəsinə buraxılması şəraitində cərəyan edən mövcud problemlər heyvandarlıq sahəsində tətbiq edilən inzibatçılığın nəticə əsaslı olmamasından irəli gəlir.

“APA-Economics” xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Qeyd edilib ki, auditlə toplanmış sübutlar göstərmişdir ki, heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmamış, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövət Proqramı”nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb.

Seçilən
8
3
xalqcebhesi.az

6Mənbələr