AZ

Tanınmış estetik-cərrah Rəşad Məmmədovdan kütləvi şikayət – VİDEO

Ötən həftə sosial şəbəkələrdə qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovun əməliyyat etdiyi 3 qadının şikayəti işıqlandırılmışdı.

NOCOMMENT.az xəbər verir ki, məsələ ictimailəşdirildikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən 2 qadın da öz şikayətlərini bildiriblər.

Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. 1 həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.

Bu zaman gips açılanda dərinin gipsə yapışdığını görüblər. Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.

Seçilən
46
20
nocomment.az

10Mənbələr