AZ

Sahil Babayev: Gələn il ÜDM-in 134,1 milyard manat olması qiymətləndirilir

BAKI, 4 noyabr. TELEQRAF

"Növbəti ildə bizim ümumi daxili məhsulun 134,1 milyard manat olması qiymətləndirilir."

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu 2025-ci illə müqayisədə 2,19%-lik bir real artımdır:

“Mən xüsusi olaraq vurğulayım ki, son 5 ilə nəzər saldıqda bizim büdcəmi üzrsə üdəyimiz 36,7 milyardır və ya 39,3% nominal ifadədə artıb. Real ifadədə isə bu 19%-lik bir artım deməkdir. Eyni ilə biz qeyri neft ödəyimizə baxdıqda növbəti ilə bu rəqəm 101,7 milyard və ya cari ilə müqayisədə 5%-lik real artım olaraq qiymətləndirilir".

Seçilən
40
teleqraf.com

1Mənbələr