AZ

Sürücünün qarşısına çıxan at qəzaya səbəb oldu

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub.

"Unikal"ın verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında baş verib. Sahədən çıxan at, Cəlilabad rayon Maşlıq kənd sakini 1978-ci il təvəllüdlü Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəqliyyat vasitəsi idarəetməni itirərək Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonajlı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində at hadisə yerində ölüb, sürücü A.Bədəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
5
unikal.az

5Mənbələr