AZ

Növbəti il üçün inflyasiya proqnozu açıqlandı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2026-cı ildə illik inflyasiya 5,7% gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi 2026-cı ildə qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Pul siyasəti alətlərindən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Maliyyə sektoru üzrə prioritetlər 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyasına uyğun həyata keçiriləcək", - Taleh Kazımov bildirib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
4
qafqazinfo.az

5Mənbələr