AZ

Azərbaycan derbisinə doğru

Bu həftə Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, indiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.

Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.

Komandaların ilk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.

Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.

Seçilən
11
14
idmanxeber.az

10Mənbələr