ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynada münaqişənin başa çatdırılmasının vacibliyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" əbər verir ki, o, bununla bağlı xarici "X" hesabında məlumat yayıb.
Bundan əvvəl Uitaker Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.
“Mən bildirdim ki, bu mənasız müharibə dayandırılmalıdır,” – o, Zelenski ilə birgə çəkilmiş fotonun altında yazıb.
Uitaker həmçinin qeyd edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə ediləcək sülhdür.