"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı transfer etməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Kataloniya klubu bu keçidi 2026-cı ilin yayında reallaşdırmağa cəhd göstərəcək. Mənbənin iddiasına əsasən, "Barselona" norveçli forvardın transferi qarşılığında "Mançester Siti"yə yarımmüdafiəçisi Dani Olmo və əlavə pul təklif etməyə hazırdır.
Haalandın "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.